İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır.
Çinli professor Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi göz yaşlarıdır.
Yenicag.az bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir.
İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır.
Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır.
Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır./saglamolun/
www.yenicag.az