Tanınmış teleaparıcı Elçin Əlibəylinin əməliyyat masasında komaya düşdüyü barədə xəbərlər yayılıb.
Teleaparıcının həyat yoldaşı Dilrubə Əlibəyli Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib:
“Bir müddət idi ki, Elçin pəhriz saxlayırdı, yalnız düyü yeyirdi. Sən demə, düyü onun səhhətinə pis təsir edib. Öd kisəsində ağrılar başladı. İki həftə əvvəl xəstəxanaya getdik, dedilər ki, düyü od kisənə ziyandır, daha yemə, Dünən gecə Elçinin halı qəfildən pisləşdi, güclü ağrılar başladı. Tez tanış həkimə zəng vurduq, o dedi ki, təcili əməliyyat olunmalıdır. Onu xəstəxanaya yerləşdirdik. Elçin çoxdandır ki, şəkər xəstəliyindən də əziyyət çəkir. Əməliyyat zamanı qəfildən şəkəri yüksəldi, komaya düşdü. Şükür Allaha, həkimlər onu komadan çıxara bildi. Hazırda həkimlərin nəzarəti altındadır.”
Cəvahir
www.yenicag.az