Kosmosda ilk mehmanxana açılacaq - 12 günlük səfər 9.5 milyon dollar

media-hightechnic-468x90

2021-ci ildə kosmosda ilk mehmanxana açılacaq.

Yenicag.az xəbər verir ki, Kaliforniya ştatının San-Xose şəhərində “Avrora Stansiyası” adlı layihənin işə salınması müzakirə edilib. Güman edilir ki, ekipaj üzvləri ilə yanaşı 6 turist kosmosa 12 günlük səyahətə yollana biləcəklər.

Mənbənin məlumatına görə, stansiya-oteldə 12 günlük yaşamın dəyəri 9.5 milyon dollar təşkil edəcək.

Səfərdən əvvəl turistlər 3 aylıq təlim keçməli olacaqlar.

Zaur H.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600