Kriminal janrın "sonu": Qadağalar müvəqqəti, yoxsa real çıxış yoludur?

media-hightechnic-468x90

Aprelin 15-də Kahramanmaraşda məktəblərin birində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra Türkiyənin məşhur seriallarında köklü dəyişikliklərin edilməsi gündəmə gəlib. Belə ki, ssenarilərdən silah və şiddət məzmunlu hissələrin azaldılması nəzərdə tutulur. Eyni zamanda, bu seriallara sponsorluq edən şirkətlərin də əməkdaşlığı dayandırmaqla bağlı addımlar atacağı gözlənilir.

media-banner_tkm

Bəs bu cür qadağalar nə dərəcədə davamlı ola bilər? Ümumiyyətlə, şiddət məzmunlu ekran işləri bu növ faciələrə birbaşa yol açırmı?

Tanınmış ssenarist Pərviz Seyidli mövzu ilə bağlı açıqlamasında Türkiyədə tətbiq olunan bu növ qadağaların müvəqqəti xarakter daşıdığını bildirib:

“Məlum hadisə hamımızı dərindən sarsıtdı. Hazırda gündəmdə olan əsas məsələlərdən biri mafiya tipli və kriminal-triller janrlı serialların yayımının dayandırılmasıdır. Şəxsi qənaətimə görə, bu növ məhdudiyyətlərin uzun müddət davam edəcəyini düşünmürəm. Çünki serial sektoru daimi hərəkətdə olan bir sahədi burada davamlı olaraq yeni layihələr hazırlanır, danışıqlar gedir və işlər görülür. Bu prosesin birdən-birə tamamilə dayandırılması real görünmür”.

“Təbii ki, seriallarda şiddətin bu qədər qabardılması, qəddar səhnələrin açıq şəkildə nümayiş etdirilməsi yeniyetmələrin psixologiyasına mənfi təsir göstərə bilər”, – deyə vurğulayan ssenarist problemin kökünü birbaşa və yalnız seriallara bağlamağın düzgün olmadığını qeyd edib:

“Hər şey serialdan başlamır; hər şey ailədən, mühitdən və insan münasibətlərindən başlayır. Əgər biz öz ailəmizdə insani dəyərləri və münasibətləri düzgün tənzimləsək, düşünürəm ki, hər hansı bir ekran materialı insan ruhunda və zehnində o qədər də fundamental, dağıdıcı rol oynaya bilməz. Yenə də qəbul etməliyik ki, görülən və yazılan hər bir material bizə müəyyən dərəcədə təsir göstərir”.

“Azərbaycan reallığında kriminal-triller janrında filmlər o qədər də çox çəkilmir”,  deyən ssenarist, qələmə aldığı layihələrdə hər zaman ailə və mənəvi dəyərlərin qorunmasına üstünlük verdiyini vurğulayıb:

“Birliyə, fədakarlığa, sədaqətə və milli dəyərlərə xidmət edən materiallar həm də tamaşaçını maarifləndirmək, onda müsbət dəyərləri möhkəmləndirmək məqsədi daşıyır. Mən bir ssenarist kimi kriminal janrı çox sevirəm. Lakin sabah belə bir janrda ssenari yazsam belə, müəyyən hədləri və sərhədləri qorumaq şərtdir. Burada əsas məqsəd sadəcə bir qatili və ya “killer”i göstərmək olmamalıdır. Əsas məsələ insanı göstərməkdir. Əgər ekranda ilk növbədə “insan” obrazı canlandırılarsa, onun peşəsinin spesifikası hətta cinayətkar olsa belə ikinci plana keçir. Hər bir halda, sənətdə müəyyən etik sərhədlər mütləq qorunmalıdır”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05