Mahnıların da taleyi insan ömrü kimidir: "Bəxti gətirməyib, küncdə qalanlar var..."
“Elə mahnılar var ki, taleyi bəxti gətirməyən insan kimidir; yaddan çıxıb, kimsə tərəfindən ifa olunmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri “İncə Səhər” verilişinin qonağı olan Aşıq Fəzail Miskinli deyib.
Sənətçi vaxtilə arxivlərdə qalan, böyük sənətkarlar tərəfindən diqqətdən kənarda qalan mahnıların halına acıdığını bildirib. O, həmin unudulmuş əsərlərin yenidən ifa olunmasını və günümüzün tələblərinə uyğun məşhurlaşdırılmasını təklif edib:
“Mahnıların da taleyi insan ömrü kimidir. Bəxti gətirəni də var, gətirməyəni də… Bəzən köhnə plastinkalara qulaq asarkən dərin təəssüf hissi keçirirsən ki, necə ola bilər, belə gözəl bir musiqinin bəxti gətirməsin? Bəlkə də bu gün o mahnıya yeni nəfəs verilsə, onun da taleyi dəyişər. İndi həmin mahnılar oxunsa, bəlkə də 21-ci əsrin ən sevilən və yadda qalan musiqi incilərinə çevrilər”.
Aparıcı Vüsalə Əlizadə aşığın bu təklifinə maraqlı reaksiya verib:
“Əgər sizdə elə mahnılar varsa, verin müğənnilərə, oxuyub yenidən yaşatsınlar”.
Nehru













