Masallının “Halay” ansamblı Macarıstanda çıxış edəcək

media-hightechnic-468x90

nilİyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur “Halay” rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca “Azərbaycan musiqisi gecəsinin” təşkili nəzərdə tutulur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa