"Məni qane edən rol yoxdur" – Zümrüd Qasımova ekranlardan niyə uzaqlaşıb?

media-hightechnic-468x90

“İlk növbədə ssenari və alacağım qonorar mənim üçün çox vacibdir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Zümrüd Qasımova “Öz aramızda” verilişində deyib.

Sənətçi hazırda seriallara çəkilməməsinin səbəblərini açıqlayıb:

“Hazırda heç bir serialda yoxam. Sağ olsunlar, dostlarım tərəfindən dəvətlər gəlir, amma hələ ki məni qane edən rol yoxdur. Son vaxtlar mənə daha çox ‘imkanlı iş xanımı’ obrazları təklif olunur, bu da mənim xoşuma gəlmir. Ssenarini oxuyuram, əgər özümü orada görə bilmirəmsə, çəkilməyə razılıq vermirəm. İstəyirəm elə bir rol olsun ki, orada öz potensialımı göstərə bilim. Rolun bir mesajı, xarakter ağırlığı olmalıdır. Yəni sadəcə çəkilmək xatirinə ekranda görünmək istəmirəm. Həmçinin, ssenari ilə yanaşı, alacağım qonorar da mənim üçün çox vacibdir”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05