Məşhur müğənni ermənilərə konsert verəcək

media-hightechnic-468x90

hhhhhhhhhİtaliyanın dünya şöhrətli vokal ifaçısı Roberto Loretti iyunun 19-da Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində konsert proqramı ilə çıxış edəcək.

Loretti konsertdə Rusiyanın Nijni Novqorod şəhərində yaşayan 12 yaşlı erməni əsilli tələbəsi Feliks Karamyanla birlikdə çıxış edəcək. Karamyanın babası və nənəsi əslən Xankəndindəndir.

Konserti Rusiyada xəz və dəri salonları şəbəkəsinə malik İtaliyanın “İVAGİO” şirkəti təşkil edir.

Xatırladaq ki, 67 yaşlı Roberto Loretti iki dəfə Azərbaycanda da olub. 2011-ci il fevralın 13-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib. 2012-ci il noyabrın 25-də isə növbəti dəfə ölkəmziə təşrif buyuraraq Azərbaycan Yaradıcı Gənclər Forumunun II-ci qurultayında qonaq qismində iştirak edib, Bakıda master-klas keçib.

Bakıda xoş münasibət görmüş əfsanəvi italyan müğənnisinin Azərbaycanın işğal altındakı torpaqlarına gedərək ermənilərin məclisində iştirak etməsi və konsertə hazırlaşması başadüşülən deyil… Görəsən, onun adı Azərbaycan XİN-in “qara siyahısı”na salınacaqmı?…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600