Monika Belluççi biznesmeni məhkəməyə verdi

media-hightechnic-468x90

kkkİtaliyalı aktrisa Monika Belluççinin patent işlərini idarə edən beynəlxalq şirkət, bütün dünyada olduğu kimi, Türkiyədə də aktrisanın ad hüququnu qeydiyyatdan keçirmək üçün Türkiyə Patent İnstitutuna müraciət edib.

Şirkət rəsmiləri bu zaman “Monika Belluççi” adının patent hüququnun hələ 2003-cü ildən qeydiyyata götürüldüyünü öyrəniblər və bununla bağlı məhkəməyə müraciət ediblər.

Bu adı 11 il əvvəl qeydiyyata aldıran isə iş adamı Ərafat Yazıcıdır. Biznesmenin vəkili bildirib ki, Yazıcı xoş səsləndiyi üçün, özü də bilmədən “Monika Belluççi”nin patentini alıb:

“Əslində o, Monikia Belluççinin kim olduğunu bilmirdi. Hər hansı bir pis niyyəti olmayıb. Həmin ildən etibarən Yazıcı bu marka üçün sərmayə qoyur”.

İşadamının aldığı patentin sənədlərinin hər hansı bir hüquqa malik olub-olmamasını araşdırmaq üçün məhkəmə təxirə salınıb.

Qeyd edək ki, dünyaşöhrətli aktrisa Monika Belluççi 1989-cu ildən aktrisalıq edir və bir çox məşhur filmlərdə çəkilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600