Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mövlud Çavuşoğlu: "Ərdoğanla Tramp F-35 məsələsini müzakirə edib"

“F-35-lərin alınmasında heç bir fikir dəyişimindən söhbət gedə bilməz”.

Yenicag.az xəbər verir ki, bu sözləri NATO ölkələri xarici işlər nazirlərinin Brukseldə keçiriləm iclasında çıxış edən Türkiyə XIN-i Mövlüd Çavuşoğlu söyləyib.

“Prezident Ərdoğan və Tramp G20 görüşü zamanı bu barədə danışıblar. Sözü ilk Tramp özü açıb. Hər hansı qərar dəyişiliyindən söz gedə bilməz. Türkiyə önəmli tərəfdaşdır” – deyə Nazir bildirib.

Kerç boğazında yaşanan gərdinliyə münasibət bildirən Çavuşoğlu, “Saxlanılan gəmilər azad olunmalıdır. Kerç boğazını istifadə etmək üçün həm Rusiyanın, həm də Ukraynanın hüquqları var. Iki ölkə qarşılıqlı fəalliyyət göstərməli və yaranabiləcək mübahisəli vəziyyətləri birgə aradan qaldırmalıdır. Biz də hər hansı problemin yaşanmaması üçün əlimizdən gələni edəcəyik” – deyə türkiyəli diplomat əlavə edib.

Mövlud Çavuşoğlu Camal Qaşıqçı cinayəti ilə bağlı verilən sualı da cavablayıb:

“Biz əlimizdə olan bütün faktları və apardığımız istintaq sənədlərini bütün dünya ilə paylaşırıq. Amma Səudiyyə Ərəbistanı hər şeyi gizlədir. Onların da bizim kimi şəffaf davranması lazımdır. Ancaq biz daha çox ikibaşlı açıqlamalar görürük. Həmçinin cəsəd hələ də tapılmayıb. Araşdırma davam edir. Sonuna qədər həqiqətin üzə çıxması üçün çalışacağıq. Lazım gələrsə beynəlxalq araşdırma da tələb edəcəyik”.

www.yenicag.az

1147
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100