Müğənninin ölümündən 7 il keçir
Türkiyənin sevilən rok ifaçısı Barış Akarsunun ölümündən 7 il keçir.
28 yaşında vəfat edən müğənni 2007-ci ildə ad günündə avtomobil qəzasına düşüb. 5 gün komada qalan ifaçı iyulun 4-də dünyasını dəyişib. Onun vəfatından sonra baş rolda oynadığı, tamaşaçıların sevərək izlədikləri “Yalançı yarım” serialının çəkilişləri də dayandırılıb.
B.Akarsunun “Rüzgar”, “Leyla”, “Gözlərin”, “Unutamadım” və s. kimi bir çox məşhur mahnıları dillər əzbəridir.