“Nə olar, Allahım, ayırma bizi” klipindəki o libas SATIŞDA – Nazpəridən səs-küylü auksion

media-hightechnic-468x90

“O libaslar əvvəlcə nümayiş olunacaq, sonra isə auksionda satışa çıxarılacaq”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyevanın adından müğənni Aysun İsmayılova Tolikin “YouTube” layihəsində çıxışı zamanı deyib.

Sənətçinin illərdir qoruyub saxladığı arxiv geyimlərinin taleyi ilə bağlı planlar belə açıqlanıb:

“Hansı konsertdə hansı geyimlərim olubsa, onları auksiona çıxaracağam. Belə bir fikrim var. Çünki libaslar bir deyil, iki deyil. 1996-cı ildən bu günə qədər nə qədər kliplərim olubsa, eləcə də konsertlərimdə geyindiyim geyimlərin hamısını saxlamışam. Məsələn, məşhur “Nə olar, Allahım, ayırma bizi” mahnısına çəkilən klipdəki bir neçə libas hələ də məndədir”.

Açıklamada o da vurğulanıb ki, sənətçi bu geyimləri xüsusi məqsədlə illərdir qoruyub:

“İbadət vaxtı geyindiyim, şəlalənin altında, dənizdə geyindiyim libasların hamısını bilərəkdən saxlamışam. Çünki onların hamısı ekskluzivdir və hər birinin öz tarixi var”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05