“Niyə qızının videosunu hər yerdən sildirdin?” sualına Şəbnəmdən REAKSİYA
Müğənni Şəbnəm Tovuzlu qızının görüntülərini bir çox sosial media səhifələrindən sildirməsinin səbəbini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Tarix Əliyevin (Tolik) “Səmimi” verilişində qonaq olan müğənni aparıcının “Niyə hər yerdən qızının görüntülərini sildirdin, əks halda bəzi TikTok səhifələrini bağlatdıracağını bildirdin?” sualını cavablandırıb.
Şəbnəm Tovuzlu məsələyə belə aydınlıq gətirib:
“Qızımın uşaqlıqdan heç yerdə görüntüləri olmayıb. Bunu nə mən istəmişəm, nə də özünün buna marağı olub. Böyüyəndən sonra videoqraflığa həvəsi yarandı, mən də mane olmadım, əksinə, dəstək oldum. O, heç vaxt özünü reklam etməyi sevməyib.
Qızım öz avtomobilində olarkən mən də öz maşınımdan onun videosunu çəkmişdim. Dedilər ki, kəmər taxmayıb əslində taxmışdı, sadəcə kəməri fərqli üslubda bağladığı üçün görünməmişdi. Paylaşımların altına xoşagəlməz rəylər yazıldı, bu da qızıma pis təsir etdi və o, depressiyaya düşdü. Buna görə də mən bir çox səhifələrdən o videonu sildirdim”.
Nehru













