Nüşabə Ələsgərli: "Yalnız iki dəfə efirdə ağlamışam, onlar da..."

media-hightechnic-468x90

“Sənətə gələn gündən heç vaxt maddi çətinliyə görə efirdə ağlamamışam, ‘nəyimsə yoxdur’ deməmişəm”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Nüşabə Ələsgərli “Öz aramızda” verilişində deyib.

O, “Şou-biznesin ən varlı nümayəndəsi Nüşabədir” fikrinə münasibət bildirib:

“Mənim anadangəlmə bir xarakterim var: cibimdə bir qəpiyim olmasa da, özümü həmişə tox tutmuşam. Sanki milyonlar mənimdir. Azərbaycanın bütün bölgələrində çoxlu dostlarım, yaxşı çevrəm var. Nəyəsə ehtiyacım olsa, çəkinmədən zəng edib kömək istəyə biləcəyim insanlar var. Əsl zənginlik budur.

Sənətə gələn gündən heç vaxt maddiyyatla bağlı efirdə ağlamamışam, nəyinsə yoxluğunu dilə gətirməmişəm. Həmişə gülmüşəm “hamıdan gözələm”, “hamıdan xoşbəxtəm”, “hamıdan varlıyam” özümü bu cür təqdim etmişəm. Halbuki imkanımın olmadığı vaxtlar da olub. Amma zəhmət çəkib qazanmışam. Bütün müğənnilər kimi mən də əziyyətlə qazanmışam. Pullarımızı zəhmətimizlə əldə etmişik.

Yalnız anam və bacım dünyasını dəyişdiyi vaxtlar efirdə ağlamışam. Vəssalam. Özümü maddiyyat baxımından heç vaxt sınıq-sökük göstərməmişəm, həmişə başımı dik tutmuşam. Ona görə də hər kəsdə elə təəssürat yaranıb ki, çox varlıyam”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05