“Ona danışmağa icazə verilməyib”

media-hightechnic-468x90

cddfv“Habil Əliyevin vəziyyəti yaxşılığa doğru gedir”.

Bu barədə  xalq artisti Habil Əliyevin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, H.Əliyevin səhhəti ilə ölkənin ən tanınmış dövlət adamları, sənətkarları maraqlanıb: “Evə gələn zənglərin ardı-arası yoxdur. Hələ evə yanına baş çəkməyə gələnlər də var. Amma həkimlər Habil müəllimlə görüşə icazə vermir. Ona danışmağa icazə verilməyib. İki gündən sonra, əgər yaxşı olarsa, o zaman danışmaq üçün icazə veriləcək”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Habil Əliyevin səhhətində problem yaranıb. Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir. O, iki gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və həkimlərin müayinəsindən sonra evə buraxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600