"Qadağa olsaydı, sənətdə olmazdım" – Müğənni Aygün həyat yoldaşından danışdı
“Kənan heç vaxt geyimimə müdaxilə etməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aygün Şükürova “Gün ortası” verilişində qonaq olarkən deyib.
Sənətçi həyat yoldaşı, tanınmış rejissor Kənan M.M.-in ona heç vaxt sərt qadağalar qoymadığını bildirib:
“Əgər mənə qadağalar qoyulsaydı, indi nə efirdə, nə də sənətdə olardım. Geyim məsələsinə gəlincə, Kənan ümumiyyətlə mənim geyimimə qarışmayıb. Kənandan da öncə atam və qardaşlarım var, hər zaman onları nəzərə almışam. Əslində, hər şey insanın daxilində olmalıdır. İnsan kiminsə qadağası ilə dəyişmir”.
Nehru













