Rasim Balayevin məzarüstü abidəsi dövlət tərəfindən ucaldılacaq — AÇIQLAMA
Tanınmış aktyor, Xalq artisti Rasim Balayevin məzarının götürülməsi (hazırlanması) dövlət tərəfindən həyata keçiriləcək.
Bu barədə Yenicag.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqından açıqlama verilib.
Bildirilib ki, Rasim Balayevin dəfn mərasimi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanır.
Xatırladaq ki, Rasim Balayev martın 29-da İstanbulda yerləşən “Memorial” xəstəxanasında ağciyər xərçəngindən dünyasını dəyişib.
Cəvahir













