"Rasim Balayevin yerinə göz dikənlərə AYIB OLSUN!" - Xalidə Quliyeva dedi-qodulara SON QOYDU

media-hightechnic-468x90

Xalq artisti Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin kimin olacağı ətrafındakı müzakirələr səngimək bilmir. Bəzi sənətçilər müəyyən namizədlərin adını çəksə də, digərləri bu barədə danışmağın hələ tez olduğunu vurğulayırlar.

media-banner_tkm

Yenicag.az-a açıqlama verən Xalq artisti, aktrisa Xalidə Quliyeva Kino İttifaqında hələlik belə bir müzakirənin aparılmadığını bildirib.

Aktrisa bu mövzu ətrafında “dedi-qodu” edən şəxslərə də sərt səslənib:

media-664322939_2373332079820953_813717899859221090_n

“Kino İttifaqında Rasim Balayevin yerinə kimin təyin olunacağı ilə bağlı heç bir müzakirə olmayıb və olmayacaq da. Çünki biz anlayırıq ki, Azərbaycan kinosunun siması, təkrarolunmaz sənətkar dünyasını dəyişib və buna hörmətlə yanaşmaq lazımdır. Mən də İttifaqda idarə heyətinin üzvüyəm. Vaxtı gələndə qurultay da keçiriləcək, seçki də olacaq. Həyat davam edir, bu, təbiidir. Amma bu dedi-qoduları eşidəndə təəccüblənirəm. Ayıbdır! Necə belə dedi-qodu etmək olar?

Belə bir böyük sənətkar, şəxsiyyət dünyasını dəyişib. Bir dayanın! O dedi-qodulara “durun!” deyirəm. Zaman göstərər sədr vəzifəsinə kim seçiləcək, kimi seçəcəklər. Qurultayda hər şey aydın olacaq. İndidən bu barədə danışmaq doğru deyil”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05