Rasim Balayevin yerinə kim gələcək? – Azərbaycan Kinematoqrafçılar İttifaqından AÇIQLAMA
Xalq artisti Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) kimin sədrlik edəcəyi məsələsi gündəmə gəlib. Artıq müxtəlif namizədlərin adları hallanmağa başlayıb.
İttifaqın katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, yeni sədrin qurultaydan sonra, seçki yolu ilə bəlli olacağını bildirib:
“Bu barədə danışmaq hələ çox tezdir. Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni sədrin seçilməsi prosesi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq. Qurultay keçiriləcək, namizədlər irəli sürüləcək. Yeni sədrin kimliyi məhz seçki nəticəsində bəlli olacaq”.
Cəvahir













