Rəşad İlyasov: "Susmaq həm hücumdur, həm də..."
“Susmaq həm hücumdur, həm də müdafiədir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Rəşad İlyasov “İncə Səhər” verilişində qonaq olarkən deyib.
Sənətçi həmkarlarına səslənərək fikirlərini belə ifadə edib:
“Susmaq həm hücumdur, həm də müdafiədir. Haqqında danışanlara cavab vermək əvəzinə, susmağı bacarmaq lazımdır. Çünki sükutun özü ən böyük cavabdır. Zaman-zaman böyük sənətkarlar arasında da müəyyən söz-söhbətlər yaşanıb. Mən özüm də bu mövzularla maraqlanmışam, onlardan soruşmuşam. Onlar belə məqamlarda susmağa üstünlük verdiklərini və qarşı tərəfə yalnız öz işləri ilə cavab verdiklərini bildiriblər. Biz də dəfələrlə bunun şahidi olmuşuq”.
Nehru













