!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsulzadəni təhqir edən deputatdan prezidentə – Müraciət

!Reklam – Yazi

asss8“Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyi üçün yaxın günlərdə bir neçə vəkil onu məhkəməyə verəcək”.

Yenicag.az xəbər verir ki, bu barədə ans press-ə vəkil Adəm Məmmədov danışıb. Onun sözlərinə görə, deputat öz çıxışı vasitəsilə təkcə Rəsulzadəni deyil, bütün Azərbaycanı təhqir edib:

“Naqif Həmzəyevin çıxışında həm böhtan, həm təhqir həm də şərəf və ləyaqətin alçaldılması var. Biz bir neçə vəkillə birgə öz təşəbbüsümüzlə dövlət başçısına və məhkəməyə müraciət edəcəyik. Çünki bu ifadələrə görə deputatın cəzası ağır olmalıdır. Bundan başqa ictimai qınaq da olmalıdır ki, hər kəs öz məsuliyyətini dərk etsin. Azərbaycanın müstəqilliyini, Azərbaycanın dövlət kimi var olmasında və ölkəmizin 70 il SSRİ-nin tərkibində dövlət kimi var olması bu dahi şəxsiyyətin əziyyətinin bəhrəsidir”.

Adəm Məmmədov belə fikir yürüdən N. Həmzəyevin tariximizi yaxşı bilməməsi üzündən belə bir cəfəng fikirlər irəli sürdüyünü bildirdi:

“Düşünürəm ki, insan heç şəxsi düşməni barədə belə fikirlər irəli sürməz. Tarixi araşdırsaq görərik ki, Rəsulzadə İosif Stalinlə dost olub. Hətta Stalinin Məhəmməd Əminlə şəxsi dostluğu olduğu, onun evində qaldığı da məlumdur. Neft maqnatları vaxtilə Stalini neft quyusuna atmaq istəyəndə onu Rəsulzadə xilas edib. Bu tarixdir. Stalin istəsəydi Rəsulzadəni Türkiyədə məhv edərdi. Ancaq bütün bunlar olmadı, çünki onların arasında yaxşı münasibət olub. Bütün bunları bilmək üçün isə tarixə baxmaq, keçmişi bilmək lazımdır”, -deyə vəkil bildirdi

A. Məmmədov deputatın bu məsələləri şərh edəcəyinə,sosial problemləri həll etmək üçün çalışmalı olduğunu, bunun üçün seçildiyini bildirdi.
Adəm Məmmədov- Vəkil

Dünən bir sıra KİV-də N. Həmzəyevin “Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına deputatın “Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” dediyi barədə xəbərlər yayılıb. Məlumata görə N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: “O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Qeyd edək ki, prezident İlham Əliyev 22 noyabr 2013-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxs kimi qiymətləndirilir.

Hadisədən sonra Məhəmməd Əminin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə açıqlamasında gənc deputatın fikirlərinə münasibət bildirib.

“Kimliyindən asılı olmayaraq insan danışığına, dediyi sözlərə fikir verməlidir. Məhəmməd Əmin Rəsulzadə bizim tariximizin bir hissəsidir. Belə fikir səsləndirməsi gənc deputatın tarixi bilməməsindən irəli gəlir. Əgər o, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmə qarşısında cavab verəcək. Artıq həmin deputat belə sözlər işlətmədiyini, fikirlərinin yanlış başa düşüldüyü barədə açıqlama verib. Şəxsən mənim özümə bu barədə zəng etməyib”, – Rəis Rəsulzadə bildirib.

Rəis Rəsulzadə – M. Ə. Rəsulzadənin nəvəsi

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv