Rəvanə AİLƏ SİRRİNİ AÇDI: “Qayınanamla münasibətim...”
“Səfərə gedəndə anama heç nə almıram, amma qayınanamı birinci tuturam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rəvanə Qurbanova deyib.
Sənətçi qayınanası ilə olan səmimi münasibətlərindən danışıb:
“Qayınanamla rəfiqə kimiyik, mən onun üçün qızından da artıyam. İstəyirəm ki, mən qayınanama qarşı necəyəmsə, gələcəkdə gəlinim də mənə qarşı elə olsun. Səfərə gedəndə bəzən anama heç nə almıram, amma qayınanamı həmişə birinci tuturam. Çünki qayınanam daim mənimlədir, uşaqlarımın yanındadır.
Anam da hər zaman mənə deyir ki, “ay qızım, mən uzaqdayam, sənə məndən də yaxın qayınanandır; evinin içindədir, uşaqlarına baxır, sənə əl tutur, nəfəsi bəsdir”. Mən öz ailəmdə də belə görmüşəm. Anam da öz qayınanası ilə bacı kimi olub. Yaxşı rəftar görürsən, yaxşı da olur”.
Nehru













