Rumiyyədən SƏS-KÜYLÜ AÇIQLAMA: “Geyim əxlaq ölçüsü deyil”

media-hightechnic-468x90

“Mənim üçün geyim qətiyyən əxlaq ölçüsü deyil və ola da bilməz”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Rumiyyə Ağayeva deyib.

O, “Bəziləri hesab edir ki, geyim əxlaq göstəricisidir, sizcə, belədirmi?” sualını cavablandırarkən cəmiyyətdəki bəzi tabulara toxunub:

“Əksər insanlar geyimin əxlaq ölçüsü olduğunu düşünür. Amma mənim üçün geyim qətiyyən əxlaq ölçüsü deyil və ola da bilməz. Birinci növbədə, ‘əxlaq nədir?’ sualına cavab verməliyik. Mənim üçün əxlaq insan olmaq və insani prinsiplərlə yaşamaqdır. Hər ölkənin, hər cəmiyyətin və hər insanın özünəməxsus əxlaq anlayışı var.

Tanıdığım elə adamlar var ki, açıq-saçıq geyinir, amma əxlaqi prinsiplərinə çox sadiqdir. Yaxud da baxırsan ki, kimsə tam qapalı geyinib, lakin əxlaqi dəyərləri qorumur. Yəni kiminsə açıq geyimdə gəzməyinin onun əxlaqına qətiyyən dəxli yoxdur. İnsana geyiminə baxıb qiymət vermək doğru deyil. Əxlaq və geyim tamamilə fərqli anlayışlardır. Fikrimcə, hər bir kəs ilk növbədə insan olmalıdır. Hər şeyə sevgi ilə yanaşanda əxlaq özü-özlüyündə yaranır və insan ona sadiq qalır”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05