!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya ərazisinə müdaxilə olsa, Moskva nüvə silahından istifadə edəcək" - ŞƏRH

!Reklam – Yazi

“Qərb çəkilsə, Ukrayna məhv olacaq”.

Bunu Rusiya-Ukrayna müharibəsinin gedişinə, Zelenskinin Putinlə görüşməyəcəyini açıqlamasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Araz Əlizadə bildirib ki, Zelenskinin dediklərinin heç bir mənası yoxdur:

“Zelenski elə danışır ki, sanki Putin oturub onu gözləyir. Müharibə Ukrayna ərazisində gedir. Ukrayna tərəfi də bilir ki, Qərb çəkilsə onlar məhv olacaqlar. Hətta deyərdim ki, Ukrayna məğlub olub, sadəcə son çırpınışlarını edir.

Bəzi ölkələr də nüvə məsələsi ilə bağlı Rusiyanı hədələyir. Əgər Rusiya ərazisinə müdaxilə olsa, rəsmi Moskva mütləq nüvə silahından istifadə edəcək. Bu müharibə hələ xeyli müddət davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv