Şakira və Pikenin ikinci övladı olacaq-Foto

media-hightechnic-468x90

kjjjjjjjjKolumbiyalı müğənni Şakira bir müddət öncə sevgilisi olan məşhur futbolçu Jerar Pikeyə ikinci dəfə övlad dünyaya gətirmək arzusunda olduğunu dilə gətirmişdi, görünür ki, ifaçının istəkləri gerçəkləşəcək.

Pop ulduz bu məsələyə ciddi yanaşıb və deyilənlərə görə müğənni və idmançının ailəsində daha bir körpə olacaq. Bu barədə xarici mediada xəbərlər yayılmağa başlasa da cütlük bunu şərh etməkdən imtina edib və susqunluqlarını qoruyublar.

Qeyd edək ki, məşhur cütlüyün Milan adlı oğlan övladları var.

Xatırladaq ki, son zamanlar Hollivud ulduzlarının sırasında hamiləlik keçirən sənətçilər çoxdur. Hamiləliyinin 7-ci ayında olan aktrisa Yeva Mendes həyat yoldaşı Rayan Qoslinqə ilk övlad hədiyyə edəcək. Buna oxşar hadisə Böyük Britaniyanın kral ailəsi barədə də deyilir. Mediada yayılan məlumatlara əsasən Keyt Middlton da ikinci dəfə ana olmağa hazırlaşır. Bu barədə hersoginyanın yaxın rəfiqəsi Cessika Xey məlumat verib. Buna baxmayaraq şahzadənin həyat yoldaşı səssizliyini qoruyur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600