Şəbnəm ÖZÜNÜ ÖYDÜ: “Məndən başqa heç bir müğənni…”

media-hightechnic-468x90

“Hər kəs bilir ki, el şənliklərində və toylarda musiqiçilərə verilən nəmərə (bəxşişə) heç vaxt əl vurmamışam”.

media-banner_tuq

Bu sözləri müğənni Şəbnəm Tovuzlu “Gün ortası” verilişində qonaq olarkən deyib.

İfaçı qadın müğənnilər arasında musiqiçilərə ən yüksək qonorar verən sənətçi olduğunu iddia edib:

“İllərdir yanımda olan musiqiçilər var. Həmişə çalışmışam ki, məndən razı qalsınlar. Bacardığım qədər onlara dəstək olmuşam, gözlərinin kənarda qalmasını istəməmişəm. Musiqiçilərin özlərinin dediyinə görə, xanım ifaçılar arasında məndən çox qonorar verən yoxdur. Burada kişi müğənniləri nəzərdə tutmuram. Hər bir musiqiçinin öz qiyməti var, çünki müğənnini formada saxlayan və onu təqdim edən elə musiqiçidir. Hamı bilir ki, məclislərdə yığılan nəmərlərin hamısını onlara saxlamışam, özümə bir qəpik də götürməmişəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05