Türkiyəli aktyor Furkan Andıç və aktrisa Aybüke Pusat eşq yaşayır.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Her yerde sen” serialının baş obrazları birlikdə görüntüləniblər. 21 həftə davam edən serialın bitməsindən sonra cütlük tətil üçün səyahətə çıxıb. Aybüke və Furkanın serialın əvvəllərindən etibarən sevgili olduğu, hətta Furkan Andıçın aktrisa Dilan Çiçekdən bu səbəblə ayrıldığı iddia edilib.
Qeyd edək ki, onların çəkildiyi serial reytinq qurbanı olub və vaxtından əvvəl final seriyası çəkilib.
www.yenicag.az