Sərxan Kərəmoğludan iki məşhura ÇAĞIRIŞ: “Barışın getsin”

media-hightechnic-468x90

“Elə şeylər var ki, onları bağışlamaq olmur, amma…”

media-banner_tkm

Şoumen və aktyor Sərxan Kərəmoğlu aparıcı Zümrüd Bədəlova ilə müğənni Nərmin Kərimbəyovaya müraciət edib.

Yenicag.az xəbər verir ki, Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında küsülü olan hər iki tanınmış simanın barışmasını istədiyini bildirib.

O, “Afaqla Onlar” verilişində qonaq olan Nərminin Zümrüdlə münasibətlərinin kəsilməsi barədə fikirlərini, eləcə də Zümrüd Bədəlovanın vaxtilə həmin müğənni haqqında söylədiyi: “İki tədbir olub, təqdimatı başqa aparıcıya vermişəm. Çünki onu mən təqdim etmirəm”  sözlərinin əks olunduğu görüntüləri paylaşıb.

Sərxan Kərəmoğlu paylaşıma belə bir şərh əlavə edərək tərəfləri barışığa səsləyib:

“Nərmin Kərimbəyova verilişdə münasibətləri pisləşən aparıcı Zümrüd Bədəlova haqqında danışıb. Məncə, həyatda hər şeyi boş vermək lazımdır. Təbii ki, elə məqamlar var ki, onları bağışlamaq olmur, o heç… Amma əgər ortada ciddi bir məsələ yoxdursa, barışın getsin”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05