Sevda KİMƏ SƏSLƏNDİ: “Elə düşünməsinlər ki, ozümü yuxarıdan aparıram”

media-hightechnic-468x90

“Mən heç kimi aşağılamıram, kimsə elə düşünməsin ki, özünü yuxarıdan aparır…”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Sevda Yahyayeva “Öz aramızda” verilişində qonaq olarkən deyib.

Sənətçi yaradıcılığında heç vaxt “trend” arxasınca qaçmadığını, hər zaman keyfiyyətə üstünlük verdiyini vurğulayıb:

“Mənim üçün kəmiyyət yox, keyfiyyət birinci yerdədir. Heç vaxt trend dalınca qaçmamışam. Hesab edirəm ki, elə bir mahnı oxumalıyam ki, məhz keyfiyyəti sayəsində trendə düşsün. Bir ara “YouTube trendləri” çox aktual idi. Heç vaxt mahnımın ora düşəcəyini düşünmürdüm, çünki orada trend olan mahnılar tamamilə fərqli janrlardadır.

Bununla heç kimi aşağılamaq istəmirəm. Elə düşünməsinlər ki, özünü yuxarıdan aparır, qətiyyən belə deyil. Hər kəsin öz musiqi zövqü var; hər kəs özünə uyğun geyinir, mahnı dinləyir və seçim edir. Mən kiminsə zövqünə qarışa bilmərəm. Sadəcə onu demək istəyirəm ki, sırf trendə düşmək xatirinə heç vaxt mahnı ifa etməmişəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05