Son nəfəsinədək sevgisinə sadiq qalan MƏŞHUR: Səhnəmizin ən xarizmatik aktyorunun ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Azərbaycan teatr tarixində əbədi qalan bir çox tamaşalarda rol alıb. Hamısı da bir-birindən gözəl, maraqlı və yaddaqalan. Televiziya tamaşalarında yaratdığı obrazlar isə xüsusilə tamaşaçı yaddaşında iz buraxıb.

media-banner_tuq

1985-ci ildə ekranlara çıxması ilə bütün Azərbaycanda məşhur olan “Səni axtarıram” televiziya tamaşasındakı iddialı və xarizmatik professor Vasif müəllim obrazını çox sevirdim. Onun tamaşada özünəməxsus tərzdə əda ilə tez-tez işlətdiyi bir ifadə də var: “Filosof olmusan, balam…” Dəfələrlə baxsam da, o tamaşadan doymaq olmur. Nə yaxşı ki, teatrımızda belə böyük aktyorlarımız olub.

Söhbət Xalq artisti, “səhnənin xarizmatik aktyoru” titulunu qazanan məşhur aktyor Rafael Dadaşovdan gedir. Bu gün onun anım günüdür.

Hər il doğum günlərində müsahibə etmək üçün görüşünə ya teatra gedərdim, ya da telefonla söhbətləşib təbrik edirdim. Şükran insan idi. Ömrünün geridə qoyduğu hər ilini Allahın ona lütfü kimi dəyərləndirirdi. Deyirdi, bu yaşı da Allah mənə nəsib və hədiyyə etdi.

Həyatda özünəməxsus koloriti və cazibəsi var idi. Bu, onun rollarına da təsirsiz ötüşmürdü. Canlandırdığı hər bir obraz ona uğur gətirirdi. Səhnəni dolduran aktyorlardan idi. Bir kəlmə danışmasa da belə, səhnəyə çıxmaqla bütün diqqəti üzərinə çəkməyi bacarırdı.

Səhnədə xoşbəxt olsa da, şəxsi həyatı enişli-yoxuşlu oldu. Milyonların sevimlisi olan aktyor ailə həyatı qurduğu, sevdiyi qadından uzaq düşdü. Amma son nəfəsinə qədər ona sadiq qaldı.

Bu gün onu sevgi ilə anırıq. Rafael Dadaşov milli teatrın səhnəsində yaratdığı obrazları ilə daim ürəklərdə yaşayacaq.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05