Sürücüsüz avtobuslar marşruta buraxıldı - FOTO

media-hightechnic-468x90

Avstriyanın paytaxtı Vyanada sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaqlarına başlanılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcəklər. Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq.

Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobuslar müvafiq proqram təminatı ilə təchiz edilib.

Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə onun hərəkətini nizamlayan sürücü-operator olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05