Tacikistan kinosu günləri başa çatdı

media-hightechnic-468x90

14657Nizami Kino Mərkəzində Tacikistan Kinosu Günlərinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun rəhbəri Yusif Şeyxov, “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabov iştirak edib. Y. Şeyxov bildirib ki, mart ayının 9-dan başlanan kino günlərində bir neçə film nümayiş olunub.

“Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov Azərbaycan və Tacikistan arasında kino əlaqələrinin inkişafı üçün bir sıra danışıqlar aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, gələcəkdə müştərək layihələrin həyata keçirilməsi üçün addımlar atılacaq.

Kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabov kino günləri haqqında təəssüratlarını bölüşərək jurnalistlərin suallarını cavablandırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600