Tanınmış aktyor İMDAD DİLƏYİR: “Mənə kömək edin”
“50 il Azərbaycan mədəniyyətinə qulluq etmişəm, lakin hazırda çox ağır durumdayam”.
Yenicag.az xəbər verir ki, uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən tanınmış aktyor Allahverdi Yolçuyev çıxılmaz vəziyyətdə olduğunu bildirib.
Ağır sosial durumda olan aktyor kömək üçün aidiyyəti qurumlara müraciət edib:
“50 il Azərbaycan mədəniyyətinə qulluq eləmişəm, bir sıra ilklərə imza atmışam. “Ovçu Pirim” obrazı ilə 30 il uşaqlara sevinc bəxş etmişəm, Lui de Fünesin bütün filmlərini dublyaj etmişəm. Aldığım təqaüd 367 manatdır, dərmanlarıma güclə çatır. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsəm də, xeyri yoxdur. Parkinson xəstəsiyəm, amma inamım ölmür. Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Mədəniyyət naziri Adil Kərimliyə müraciət edirəm: Mənə kömək edin!”.
Cəvahir













