Tanınmış aktyordan MARAQLI TƏKLİF: “Bağlanan verilişlərin yerinə...”
“Tarixi, elmi, mədəniyyət və teatra dair verilişlər, müəllif proqramları təqdim olunmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdizadə telekanallarda baş verən proqram dəyişiklikləri ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.
Aktyor bağlanan verilişlərin yerinə daha səviyyəli proqramların yayımlanmasının vacibliyini vurğulayıb:
“Bağlanan verilişlərin yerinə təqdim edilə biləcək o qədər mövzular var ki, saymaqla bitməz. Əsas odur ki, bu proqramlar milli-mənəvi dəyərlərimizə xidmət etsin, mədəniyyətimizin inkişafına təkan versin. Teatr və kino haqqında verilişlərə, eləcə də idman xarakterli yarışlara və intellektual oyunlara böyük tələbat var. Telekanallar nə qədər keyfiyyətli məhsul təqdim etsə, tamaşaçı da ekrana bir o qədər çox bağlanacaq”.
Cəvahir













