"Toyda telefonla video çəkən də deyir, rejissoram" - Əməkdar artist GİLEYLƏNDİ
“Telefonla toyda video çəkənlər deyir: “Mən operatoram, rejissoram'”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor, əməkdar artist Teymur Məmmədov “Bir gün” verilişində deyib.
O, bu gün teatr sahəsinə axın edən gənclərin məktəb keçməsinin vacib olduğunu bildirib:
“Telefonla toyda video çəkənlər deyir: ‘Mən operatoram, rejissoram’. Məktəb keçməlidirlər. İndi rast gəlmirəm desinlər ki, filankəs Yaponiyada, Hollivudda, Türkiyədə kurs keçib gəlib. Buna çox ehtiyacımız var. Lap sosial şəbəkələrdən də sənətə gəlmək olar, gəlirlər də… İstedad ali təhsillə ölçülmür. Lap on dənə ali məktəb bitir, əgər qabiliyyətin yoxdursa, onu harasa çıxarmağın yeri yoxdur. Dünyada da belə bir təcrübə var, dünyaşöhrətli aktyorlar olub ki, böyük sənətkarların studiyalarına gedib öyrənərək məşhurlaşıb, ulduz olublar. Yəni 6 ay, bir il sənətkar yanında kurs keçmək lazımdır. Vaxtilə rejissor Ədil İsgəndərov Kinostudiya nəzdində belə bir studiya yaratmışdı”.
Nehru













