Vüsalə Əlizadə: “Qınandığın yerdən sınanarsan”
“Quranda da buyurulur ki, heç kimi qınamayın; eyni yerdən yara ala bilərsiniz”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Vüsalə Əlizadə “İncəsəhər” verilişində deyib.
O, tərbiyənin məhz ailədə formalaşdığını vurğulayıb:
“Hər şeyin təməli ailədən başlayır: təşəkkür etmək mədəniyyəti, təhsilə və tərbiyəyə verilən önəm, zövqün formalaşması, insanları mühakimə etməmək qabiliyyəti… Bunlar çox vacib amillərdir. Unutmaq olmaz ki, qınandığın yerdən sınanarsan. Quranda da bu var ki, heç kimi qınamayın, eyni yerdən yara ala bilərsiniz.
Uşaq valideynini nümunə götürür; görür ki, atası necə davranırsa, o da elə edə biləcəyini düşünür. Yaxud övlad yanlış yola meyil edəndə, valideynin onu vaxtında çəkindirməməsi uşağın getdikcə daha böyük səhvlərə yol verməsinə səbəb olur. Bəzən deyirlər ki, valideyni yaxşı insandır, amma övladı elə deyil. Valideyn yaxşı insan ola bilər, lakin görünür, övladının tərbiyəsində diqqətsizlik edib. Şadam ki, bizim uşaqlığımız daha məsuliyyətli bir dövrə təsadüf edib. Bizim vaxtımızda valideynlərimiz bizi düzgün yönləndirməyi bacarıblar”.
Nehru













