Windows istifadəçilərinin hansı antivirusları işlətdiyini öyrənmək üçün bir sıra testlər və sorğular aparılıb.
Yenicag.az xəbər verir ki, OPSWAT adında kiber təhlükəsizlik şirkətinin apardığı sorğu və testlərin nəticəsinə əsasən Symantec Corporation şirkəti Norton adlı antivirus proqramı ilə ən çox güvənilən və işlədilən proqrama sahibdir.
İkinci yeri isə Eset şirkəti tutub.
Ölkəmizdə sevilən və uzun illər fəaliyyət göstərən Kasperky şirkəti isə 7.66% ilə ilk 5-likdə yerini qoruyub saxlaya bilib.
Other(Digərləri) qismində göstərilən proqramlar isə yuxarıda bilinən şirkətlərin məhsullarından başqa proqramlar işlədən istifadəçiləri göstərir. Anlaşılan 14.73%-lik bir kütlə qrafikdə görünən şirkətlərə güvənmir, onun yerinə məhşur olmayan alternativlərdən istifadə edir.
Qeyd edək ki, Windows ilə birliktə gələn Windows Defender siyahıya daxil edilməmişdir.
www.yenicag.az