Xalq artisti KİMDƏN ŞİKAYƏTLƏNDİ: “Elə bil fitnes-klubda yaşayıram, utandığımdan...”
“Evimi əlimdən alıb, məni illərdir evsiz qoyanlar, sağlamlığımı da məhv etdiniz, daha nə istəyirsiniz?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
İllərdir yaşadığı evin söküldüyünü bildirən sənətkar, əlində üç məhkəmə qətnaməsi olmasına baxmayaraq, qərarın icra olunmamasından şikayətçidir:
“Evimi sökdülər, yerində park tiktilər. Söz verdilər ki, əvəzində yeni mənzil veriləcək, amma hələ də ortada heç nə yoxdur. Əsəbdən xəstəlik tapdım, günlərim xəstəxanalarda keçir. Bu boyda Bakı şəhərində o qədər yeni tikilən binalar, boş mənzillər var versinlər, gedim birində adam kimi yaşayım. Nə vaxta qədər əziyyət çəkməliyəm?”
Xalq artisti dövlət qurumlarına səslənərək öz halal haqqını tələb etdiyini vurğulayıb:
“Bu boyda Xalq artistiyəm, ömrümü sənətə həsr etmişəm. Yəni mənim bir mənzil qədər hörmətim yoxdur? Demirəm ki, mənə havayı ev verin, mən öz halal mülkümü tələb edirəm! İndi qaldığım yeri mənə müvəqqəti veriblər. Bura ev demək olmaz, elə bil fitnes-klubdur. Utandığımdan evimə qonaq da dəvət edə bilmirəm”.
Cəvahir













