Xalq artistindən İSMARIŞ: "Mahnılarımdan "Qənbərqulu" çıxarmasınlar"
“Oranjiman edib özlərindən “Qənbərqulu” çıxarmasınlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Zarafat bir yana” verilişində qonaq olarkən deyib.
Sənətkar onun repertuarındakı mahnıları ifa edən gənc həmkarlarına sərt xəbərdarlıq ünvanlayıb:
“Mahnılarımı oxusunlar, buna bir söz demirəm. Amma gərək əvvəlcə icazə alıb oxusunlar. Həm də necə varsa, olduğu kimi, düzgün ifa etsinlər. Sözlərini dəyişib, öz bildikləri kimi oxumasınlar. Onlar tarixdə qalan mahnılardır. O əsərləri istədikləri kimi oranjiman edib, özlərindən “Qənbərqulu” çıxarmasınlar. Axı bu mahnılar illərdir xalq tərəfindən sevilir”.
Nehru













