Xalq artistindən SƏMİMİ ETİRAF: “Buna görə ikinci dəfə evləndim”
“Hesab edirəm ki, bir ocaq olmalıdır və o ocaq səni isitməlidir.”
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış bəstəkar Siyavuş Kərimi “Astar TV” “YouTube” layihəsində qonaq olarkən deyib.
Məşhur bəstəkar səmimi etirafları ilə diqqət çəkərək, ikinci dəfə ailə qurmasının səbəbini açıqlayıb:
“Hesab edirəm ki, bir ocaq olmalıdır və o ocaq səni isitməlidir. O ocağın adı ailədir. Hər zaman belə şux qalmırıq axı… Elə bir vaxt gələcək ki, heç olmasa bir stəkan su verən, gecə üstünü örtən bir kimsə olsun. Bu baxımdan insan tək qalmamalıdır”.
Aparıcının “Məhz bu səbəbdən ailə qurdunuz, yoxsa aşiq oldunuz?” sualına bəstəkarın cavabı belə olub:
“Həm o baxımdan, həm də çox gözəl xanım idi, aşiq oldum. Niyə də olmayım? Burada qeyri-adi nə var ki?”
Nehru













