Xalq yazıçısından HƏYƏCAN TƏBİLİ: “Qabaqlayıcı tədbirlər görmək lazımdır”

media-hightechnic-468x90

“Türkiyədə faciə baş verib: iki məktəbdə uşaqlar və özünü şagirdlərinə sipər edən bir müəllimə öldürülüb. Hücum edən yeniyetmələrin intihar etməsi və ilkin araşdırmalar hər ikisinin psixi cəhətdən qeyri-sabit olduğunu göstərir. Təəssüf ki, bu vəziyyət qorxulu bir hal almağa başlayır, sanki bir epidemiya kimi yayılır”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

Baş verənlərdən sarsılan yazıçı belə halların yaşanmaması üçün çıxış yollarının tapılmasının vacibliyini diqqətə çatdırıb:

“Bir tərəfdən zorakılığı xüsusi qəddarlıqla təbliğ edən çoxsaylı telekanallar və kompüter oyunları, digər tərəfdən isə gənclərlə bu istiqamətdə aparılan zəif iş insanlarda öz övladları üçün güclü narahatlıq yaradır. TV və videooyunlar bir biznesdir, bununla mübarizə aparmaq çətindir. Mən uşaqlarım, nəvələrim, vətəndaşlarım və vətənim üçün narahatlıq keçirirəm. Şükürlər olsun ki, bu bəla hələ bizə gəlib çatmayıb və inşallah çatmaz da, amma…

Qabaqlayıcı tədbirlər görmək lazımdır. Bu sahənin mütəxəssisləri həmin istiqamətdə çalışmalıdırlar. Qeyri-peşəkar rəyimi bildirim: bəlkə məktəblərin girişində, metrolarda olduğu kimi, ən azı bir mühafizəçi saxlamağın vaxtı çatıb? Qatil yeniyetmə məktəbə bu qədər silahı necə keçirə bilib?”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05