Xatirə GÖZ YAŞI TÖKDÜ: "Vəsiyyət etdi ki, məndən sonra oğlumun..."
Müğənni Xatirə İslam uzun müddətdir küsülü olduğu gənc duet ortağı Nicat Məhərrəmovla barışıb.
Yenicag.az xəbər verir ki, sənətçi bu barədə “ZaurlaGünaydın” proqramında qonaq olarkən danışıb.
Xatirə illərdir davam edən soyuq münasibətə son qoymasının duyğulu səbəbini açıqlayıb:
“Nicatla bir-birimizdən uzaq düşmüşdük, ona qarşı çox hirsliydim. Amma ağır xəstə yatağında olan anasına göstərdiyi fədakarlığı görəndə onu bağışladım. Nicat onkoloji xəstəlikdən əziyyət çəkən anasına həm oğul, həm qız, həm də qardaş oldu; ona layiqincə xidmət edir.
Mən o ailəni 20 ildir tanıyıram və həmin qadının bir dəfə də olsun ağladığını görməmişdim. Lakin mənə vəsiyyət edəndə göz yaşlarını saxlaya bilmədi. Onlarda qonaq idim, məni yanına çağırdı və hamının otaqdan çıxmasını istədi. Mənə dedi ki, ‘oğlumun əlindən tut, bu həyatda onu heç vaxt tək qoyma'”.
Bu sözləri xatırlayan müğənni efirdə göz yaşlarına hakim ola bilməyib.
Nehru













