Xatun kimə söz atdı? -"Paxıllıq insanı məhv edir"
“Paxıllıq, qısqanclıq və intriqa insanı daxilən çürüdür”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun “İzzət şou” proqramında qonaq olarkən deyib.
Sənətçi uzunömürlülüyün və gənc qalmağın sirrini açıqlayaraq, bunun hətta sağlam həyat tərzindən də vacib olduğunu vurğulayıb:
“Alimlər uzunömürlülüklə bağlı araşdırma apararaq maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, bəzən insan sağlam həyat tərzi sürür, zərərli vərdişlərdən uzaq durur, lakin ömrü gözləniləndən qısa olur. Bunun əsas səbəbi xroniki stresdir.
Bəs bu stres nədən qaynaqlanır? Söhbət kiminləsə mübahisə edib qışqırmaqdan yox, daxili stresdən gedir. İnsanın içində boğub kimsəyə demədiyi hisslər paxıllıq, qısqanclıq və intriqa meyli xroniki stresə yol açır. Bu neqativ emosiyalar insanı daxilən məhv edir. Ona görə də gənc və sağlam qalmaq üçün ilk növbədə bu cür hisslərdən uzaq durmaq lazımdır”.
Nehru













