!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yemək seçimləriniz xasiyyətinizdən xəbər verir

!Reklam – Yazi

Psixoloqlar insanların yemək vərdişlərinin onların xasiyyəti barədə məlumat verdiyini bildirirlər.

Yenicag.az xəbər verir ki, bu, Pensilvaniya Universiteti tərəfindən aparılan araşdırma ilə öz təsdiqini tapıb.

Psixoloqlara görə, ədviyyatlı yeməkləri sevən insanlar bir çox hallarda həyacana meyilli olurlar. Onlar adrenalin verən məşğuliyyətləri sevirlər.

Tək yemək yeməyi sevməyənlər və ya yanında başqaları olanda daha iştahla yeyən insanlar hamını xoşbəxt etməyə çalışırlar. Onlar özləri ilə yanaşı başqalarının da xoşbəxtliyini əsas tuturlar. Bu tip adamlar tez-tez qonaq çağırmağı və qonaq getməyi sevdiyi üçün olduqca sosial hesab olunurlar.

Kədərli və ya melanxolik insanlar isə kiçik porsiyalar şəklində gizlin yeməklərə üstünlük verirlər.

İçinəqapanıq, lakin vicdanlı və ədalətə əhəmiyyət verənlər isə meyvə və tərəvəz yeməyi xoşlayırlar.

Bununla belə, əyləncəli həyat tərzini sevənlər daha çox karbohidrat tərkibli yeməklərə və içkiyə meyilli olurlar.

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv