“Yeşilçam”a ağır itki: Kamal Sunalın tərəf-müqabili vəfat etdi

media-hightechnic-468x90

Türkiyə kinosunun tanınmış simalarından olan usta aktyor və prodüser Arif Ertan Güntav 75 yaşında dünyasını dəyişib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, uzun illər həm kamera önündə, həm də çəkiliş meydançasının idarə olunmasında böyük əməyi olan sənətçinin ölüm xəbərini “Film-San” Vəqfi yayıb.

1951-ci ildə İstanbulda doğulan Arif Ertan Güntav türk kinosunun bir çox yadda qalan layihələrində iştirak edib. O, xüsusilə 1983-cü ildə çəkilən məşhur “Kılıbık” filmində əfsanəvi aktyor Kamal Sunal ilə tərəf-müqabili olması ilə milyonların sevgisini qazanmışdı. Aktyor həmçinin “Damğa”, “Ov” və “Çəmbər” kimi filmlərdə də müxtəlif obrazlar canlandırıb.

Bir müddətdir ciddi səhhət problemləri ilə mübarizə aparan usta sənətkarın cənazəsi sabah Üsküdardakı Çiçəkçi məscidində qılınacaq namazdan sonra son mənzilə uğurlanacaq.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05