Zamiqdən SƏMİMİ ETİRAF: “Metronun qarşısında qələm satırdım”
“Mən, ümumiyyətlə, uğurlu insanam”.
Yenicag.az xəbər verir ki, bu sözləri məşhur müğənni Zamiq Hüseynov “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Doğuluşdan şanslı olduğunu bildirən sənətçi, uşaq yaşlarında çətinliklərə sinə gərərək qələm satdığını etiraf edib:
“Mən, ümumiyyətlə, uğurlu insanam. Hansı sahədə olsam, uğur qazana bilərəm, yetər ki, o işə vaxt ayırım. 10-11 yaşımdan çalışıram. Uğurlu olmağımın bir nümunəsini deyim: vaxtilə metronun qarşısında qələm satırdıq, hamıdan çox mən satırdım. Balaca bir bizneslə məşğul olurduq, hamıdan çox mən qazanırdım. Çünki bir işə sevgimi qoyanda mütləq uğur qazanıram”.
Nehru













