Aktrisa evində ölü tapıldı
Yeni Çağ.Az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələ kiçik yaşlarında Mel Gibson ilə birlikdə oynadığı “Vətənpərvər” filmi ilə məşhurlaşan Skye McCole Bartusiak evində ölü tapıldı.
Daha 21 yaşındakı aktrisanın ölüm səbəbi hələ müəyyən edilməyib. Gənc aktrisanın ölüm səbəbini aydınlaşdırmaq üçün cəsədə baxış keçiriləcək.
Texasdakı evində ölü tapılan Skye McCole Bartusiak yuxuda olarkən dünyasını dəyişdiyi bildirilir. Lakin, aidiyyatı qurumlar gənc aktrisanın ölümündə şübhəli bir tərəf olmadığını və bu hadisənin intihar olmadığını da düşünürlər.