İraqın paytaxtı Bağdadda yerləşən “yaşıl bölgə” yaxınlığına raket zərbələri endirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın dövlət müəssisələri və xarici diplomatik nümayəndəliklər yerləşən həmin hissəsinə iki raket atılıb. Raket zərbələrindən sonra hava həyəcanı siqnalı işə düşüb.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.
www.yenicag.az