Beyons Maykl Cekson adına mükafata layiq görüləcək
Avqustun 24-də “MTV Video Music Awards 2014”-ün təqdimat mərasimi keçiriləcək.
Müğənni Beyonce “İlin videosu”, “Ən yaxşı qadın videosu” nominasiyalarında namizəd göstərilir.
Bundan əlavə, o, “Maykl Cekson adına avanqard video” mükafatı ilə də təltif olunacaq. Bu mükafat yalnız musiqi sahəsində hansısa yeniliklər edən ulduzlara verilir.
Daha əvvəl bu mükafata Madonna və Castin Timberleyk kimi məşhurlar layiq görülüblər.