“Ərdoğanı Qərbin hansısa quru vədləri aldada bilməzdi”

media-hightechnic-468x90

bM02fsClUeqESaxta “erməni soyqırımı”-nın 100 illiyi ərəfəsində Ermənistana növbəti zərbə təbii müttəfiqi Putindən dəyə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ilginc açıqlamaları ilə gündəmə gəlib. Peskov deyib ki, Putinin “erməni soyqırımı” tədbirlərlərinə qatılacağı hələ dəqiqləşməyib, müzakirə edilir. Elə buradaca xatırlatmaq yerinə düşər ki, Rusiya rəsmiləri bir müddət öncə, Putinin “erməni soyqırımı” tədbirlərində iştirak üçün, İrəvana gedəcəyini açıqlamışdılar.

Lakin, Peskovun açıqlamaları bununla da yekunlaşmayıb. Putinin sözçüsü deyib ki, Rusiya “erməni soyqırımı” tədbirləri ilə eyni vaxtda Türkiyədə keçiriləcək Çanaqqala zəfəri törənlərinə də qatılacaq.

Sitat: “Türkiyədəki Çanaqqala mərasimlərində Rusiya ən yüksək səviyyədə təmsil olunacaq”.

Göründüyü kimi, Rusiya rəsmiləri siyasi gündəmi dəyərləndirərək, praqmatik siyasi xətt ortaya qoyulmasında maraqlıdırlar. Ermənistan Rusiyanın forpostudur. Tam şəkildə Moskvadan asılı olan İrəvan rəhbərliyi üçün, Putinin qondarma “soyqırım” tamaşasında iştirakı hava və su kimi lazımdır.

Lakin rəsmi Moskva indi Ermənistan, yoxsa Türkiyə dileması qarşısında deyil. Rusiya Qərbin embarqolarından sonra, onsuz da ağır durumdadır. Putin bu çətin durumdan çıxmaq üçün, ilk növbədə bölgədə günü-gündən güclənən və açar rolunu oynayan Türkiyə ilə münasibətlərini sağlam əsaslar üzərində qurmalıdır. Məhz elə bu səbəbdən də, Qərb Rusiyaya ilk sanksiyalarını tətbiq edən kimi, Putin dərhal Ankaraya rəsmi səfər etmişdi. Ərdoğanla görüşən Putin Ankarada Avropa ilə bağlanmış “Cənub Axını” qaz müqaviləsini ləğv etdiyini açıqladı. Qərb Putinin bu açıqlamasının şokundan ayılmamış, Rusiya prezidenti yeni bir layihəni açıqladı. Rusiya Türkiyə ilə “Türk Axını” adlı yeni qaz müqaviləsi imzaladığını bəyan etdi. Bundan əlavə, Rusiya Türkiyə ilə 2020-ci ilədək ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaqla bağlı razılaşma əldə etdi. Eyni zamanda, Türkiyə Qərbin sanksiyaları nəticəsində iqtisadi böhran keçirən Rusiyaya qida, kənd təsərüffatı məhsulları satacağını açıqladı. Bu müqavilələrdən əndişələnən Qərb Avropa Birliyinin yüksək səviyyəli diplomatlarını Ankaraya göndərsə də, onsuz da qərblilərin əlindən zəncir çeynəyən Türkiyə prezidenti Tayyib Ərdoğan onları əli boş geri qaytardı. Həm də Rusiya ilə bağlanmış bu müqavilələr axı Türkiyənin də xeyrinə işləyirdi. Ölkəsinin iqtisadi, siyasi gücünün artmasını, neo-Osmanlıçılıq siyasətini prioritet kimi qarşısına məqsəd qoyan Ərdoğanı Qərbin hansısa quru vədləri aldada bilməzdi.

Türkiyə ilə münasibətləri yaxşılaşması fonunda Rusiyanın əyalətinə çevrilmiş Ermənistanda Moskva əleyhinə etiraz aksiyaları başlandı. Məsələ burasındadır ki, Ermənistanda hərbi xidmətdə olan bir rus əsgəri bötöv bir erməni ailəsini qətlə yetirmişdi. Bu qətl Rusiyanın Ermənistan adlı əyalətində Moskvaya qarşı bir üsyan bəhanəsi də ola bilərdi. Necə ki, 1-ci Dünya Müharibəsinin başlamasına Avstrya -Macarıstan şahzadəsi Frans Ferdinandın öldürülməsu səbəb olmuşdu. Lakin, Moskva bu dəfə də “göz yaşlarına” inanmadı. Həm də axı, bu erməni “göz yaşları” idi. Moskva isə erməniləri saxta “göz yaşları”ndan belə tanıyır. Rusiya əleyhinə olan aksiyalar elə Moskvanın göstərişi ilə tez bir zamanda sakitləşdirildi.

İndi isə Türkiyə prezidenti Tayyib Ərdoğan dünyanın bir çox liderləri kimi, Putini də çətin vəziyyətdə qoyub. Hər zaman qəti addımları ilə fərqlənən Ərdoğan, Çanakkala tədbirlərini “erməni soyqırımı”nın 100 illiyi ilə eyni vaxtda keçirməklə, dünya liderlərini iki yol ayrıcında qoyub. İndi daha loru desək “fırlatmaq” olmayacaq. Ya o tərəfdə, ya da bu tərəfdə olmalısan.

Eyni zamanda, Ərdoğan bu planı ilə “erməni soyqırımı” iddialarının təbliğat effektini azalda, Rusiya ilə Ermənistan arasında yeni nifaq salınmasına nail ola bilib.

Elə bir neçə gündür erməni mediası və politolaqları da, Rusiyanın Ermənistanı aldatdığı haqqında danışır. Peskovun açıqlamaları İrəvanda kəskin şəkildə qarşılanıb.

Rusiya siyasi dairələri də, rəsmi Moskvanın çətin duruma düşdüyünü etiraf edirlər. Rusiya politolqlarından bəziləri indiki durumda Moskvanın Ankaranı seçməsinin vacib olduğunu, bəziləri isə İrəvanı seçməsinin lazımlı olduğunu əsaslandırırlar.

Qarşıda isə cəmi 10 gün var…(avropa.info).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600